Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Azərbaycan Mətbuat Şurasının IX Qurultayında Vüqar Zifəroğlu Şuranın sədri seçilib.
Crossmedia.az xəbər verir ki, seçki qurultay çərçivəsində keçirilib.
O, səsvermənin yekunu olaraq quruma yeni sədr seçilib.
Qeyd edək ki, Mətbuat Şurasının bundan əvvəlki sədri Rəşad Məcid olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri səsvermənin nəticələrinə əsasən müəyyənləşib.
İdarə Heyətinə seçilən digər üzvlərin səs sayı belədir:
* Hacıbəy Heydərli – 129 səs
* Orxan Amaşov – 96 səs
* Qalib İbrahimov – 95 səs
* Səadət Məmmədova – 93 səs
* Sürəyya Sadıq – 92 səs
* Fərid Şahbazov – 91 səs
* Nurşən Quliyev – 89 səs
* Seyfəddin Hüseynli – 87 səs
* Ümbət Musayev – 85 səs
* Əvşad Eyvazlı – 79 səs
* Mübariz Göyüşlü - 79 səs
* Elçin Alıoğlu – 78 səs
* Vəfa Həmzəyeva – 77 səs
* Elmira Musazadə – 75 səs
Beləliklə, İdarə Heyətinin 14 üzvü müəyyənləşib.
İctimaiyyətdən seçilən digər üzvlərin səs sayı belədir:
* Müşfiq Ələsgərli – 148 səs
* Əminə Yusifqızı – 91 səs
* Bağdüz Məmmədzadə – 89 səs
* Ayaz Mirzəyev – 89 səs
* Fərid Pərdəşünas – 80 səs
* Azər Həsrət – 78 səs
* Könül Niftəliyeva – 77 səs
* Nəhayət Nəbiyeva – 69 səs
Seçilən üzvlərə təbriklər çatdırılıb və onlara fəaliyyətlərində uğurlar arzulanıb.
12:07 16.10.2026
Oxunuş sayı: 243