Putin Rusiya zərbələrinin nəticələrini müsbət qiymətləndirib
Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi-sənaye obyektlərinə və logistika mərkəzlərinə endirilən zərbələrin effektivliyini müsbət qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə çıxışında bildirib.
“Düşmənin hərbi-sənaye obyektlərinə və logistika mərkəzlərinə endirdiyimiz zərbələrin effektivliyini qeyd etməmək mümkün deyil. Baş Qərargah rəisinin indicə məruzə etdiyi nəticələri müsbət qiymətləndirirəm”, – deyə Putin bildirib.
O, eyni zamanda mülki obyektlərin, ilk növbədə, eləcə də hərbi obyektlərin müdafiəsinin effektivliyinin artırılmasının vacibliyini vurğulayıb.
20:20 16.10.2026
Oxunuş sayı: 159