İran ABŞ-nin dəniz blokadasına baxmayaraq yanacaq ixracını davam etdirir
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına baxmayaraq, müəyyən həcmdə mayeləşdirilmiş qaz və aviasiya yanacağı ixrac edə bilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, iyulun ortalarından bəri İranın mayeləşdirilmiş qazını daşıyan ən azı səkkiz tanker Oman körfəzindən çıxıb. Daşınan yükün ümumi həcminin təxminən 4,1 milyon barel olduğu ehtimal edilir.
Yüklərin böyük hissəsi Malayziyaya yönəldilib. Ehtimal olunur ki, yanacaq buradan sonradan Çinə çatdırılmaq üçün nəzərdə tutulub.
Bundan əlavə, sentyabr ayında daha bir tanker İran mənşəli aviasiya yanacağını Myanmaya çatdırıb.
20:49 16.10.2026
Oxunuş sayı: 164