Rusiya ordusunun Lutskda Almaniya şirkətinin zavodunu vurduğu iddia olunur
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Lutsk şəhərində Almaniyanın “Kromberg & Schubert” şirkətinə məxsus zavoda hücum etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, hərbi bloqçu Boris Rojin hücumdan sonra çəkildiyi bildirilən videonu “Telegram” kanalında yayımlayıb.
Rojin paylaşımında yerli rəsmilərin şəhərin büdcəsinə əhəmiyyətli vəsait gətirən ən böyük müəssisənin dağıdılmasından narazılıq etdiyini yazıb.
Videoda zavoda hücumdan sonra ərazi üzərində yüksələn tüstü sütunu görünür.
Bundan əvvəl Rusiya ordusunun Ukrayna raketlərinin istehsalı ilə əlaqələndirilən “Fire Point” şirkətinin əvvəlki zavodunu da məhv etdiyi bildirilmişdi.
23:50 16.10.2026
Oxunuş sayı: 48