"İştirakçılar platforma üzərində öz peşəkar fəaliyyətləri haqqında məlumat yerləşdirə biləcəklər" - Fərhad Hacıyev

Kadr Bankına “Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib. Onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər.
Crossmedia.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
Qeyd edək ki, bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması və onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.
Ayhan Ağarzayev
10:46 05.05.2025
Oxunuş sayı: 1067