Belarusun Baş naziri Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
09:21
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb.
Bu barədə Crossmedia.az BELTA-ya istinadən xəbər verir.
12:31 05.05.2025
Oxunuş sayı: 896