2026-cı ildə Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 5-ci görüşü Qazaxıstanda keçirilə bilər

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Bakıda keçirilən TDT-yə üzv ölkələrin kosmik agentliklərinin 4-cü görüşündə çıxışı zamanı 5-ci görüşün 2026-cı ildə Qazaxıstanda təşkil olunmasının təklif edildiyini bildirib.
Crossmedia.az bildirib ki, baş katib qeyd edib ki, Təşkilat çərçivəsində müxtəlif istiqamətlər üzrə görüşlər hər il əlifba sırasına uyğun olaraq keçirilir. Lakin əvvəlki görüş zamanı Azərbaycan tərəfi növbəti tədbirin ölkədə keçirilməsini təklif edib və Qazaxıstan bu dəfəlik öz növbəsini təqdim edib.
“Qazaxıstanın bu əməkdaşlığına və anlayışına görə təşəkkür edirəm. Əlifba sırasına əsasən, Katiblik 2026-cı ildə 5-ci görüşün Qazaxıstanda keçirilməsini təklif edir. Qazaxıstan tərəfinin bu təklifə müsbət yanaşacağına ümid edirik”, – deyə Omuraliyev bildirib.
Fidan Xəlilova
16:45 23.04.2025
Oxunuş sayı: 672