Qazaxıstan səfiri: "Azərbaycanla əlaqələrimiz bütün sahələrdə inkişaf edir"

Azərbaycanda qazaxıstanlı tələbələr, Qazaxıstanda azərbaycanlı tələbələr təhsil alır.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən Azərbaycan- Qazaxıstan ekspert şurasının IV iclasında çıxışında deyib.
O bildirib ki, ölkələr arasında təhsil sahəsində əməkdaşlıq davam edir və bu, ikitərəfli münasibətlərə də müsbət təsir edir.
Natiq, həmçinin Azərbaycanla Qazaxıstan arasındakl münasibətlərin hazırkı səviyyəsinə diqqət çəkib və əlaqələrin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.
E. Tukumov bu günkü tədbirin də münasibətlərin inkişafına töhfə olacağını söyləyib.
Fatimə Məmmədova
10:27 23.04.2025
Oxunuş sayı: 773