Qazaxıstan Əfqanıstanda dəmir yolu tikintisinə 500 milyon dollar sərmayə qoyacaq

Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin Talibanın baş nazirinin müavini Əbdül Qani Bəradər ilə görüşündə ölkəsinin Turgundi–Herat–Spinboldak dəmir yolu layihəsinə 500 milyon dollar sərmayə qoymağa hazır olduğunu bildirib.
Layihə Mərkəzi Asiya ilə İran və Pakistanı birləşdirəcək dəmir yolu xəttini əhatə edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, danışıqlar zamanı Qazaxıstan tərəfi yalnız dəmir yolunun maliyyələşdirilməsini deyil, həmçinin Heratda nəqliyyat-logistika şirkətlərinin yaradılmasını da planlaşdırdığını açıqlayıb.
Bundan əlavə, Jumanqarin Əfqanıstana internet kanalının çəkilməsi layihəsinin genişləndiriləcəyini və qazaxıstanlı sərmayəçilərin Əfqanıstanın neft və qaz yataqlarının işlənməsində maraqlı olduqlarını qeyd edib.
Bu təşəbbüslər Taliban rejiminin beynəlxalq təcrid vəziyyətinə baxmayaraq, Qazaxıstanla Əfqanıstan arasında iqtisadi əməkdaşlığın güclənməsinə səbəb ola bilər.
Zəhra Ağayeva
15:10 22.04.2025
Oxunuş sayı: 797