Bu şəxslərin maaşları artırılacaq

Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
15:05 22.04.2025
Oxunuş sayı: 1083