Türkiyə KİV-i: Azərbaycan Şimali Kipr üçün strateji əhəmiyyətlidir

Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ortaq tarixə, dilə və mədəniyyətə sahib iki qardaş xalq olaraq son illərdə münasibətlərini daha da gücləndirməkdədir. Bu yaxınlarda baş verən hadisələr bu əlaqələrin gələcəyinə dair mühüm ipucları verir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.
Qeyd olunub ki, son dövrlərdə Qazaxıstanın, Özbəkistan və Türkmənistanın Cənubi Kiprlə diplomatik əlaqələr qurması ŞKTC-də ciddi narazılığa səbəb olub. Prezident Ersin Tatar bu addımları tənqid etsə də, Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan bu ölkələri ŞKTC ilə də münasibətlər qurmağa çağırıb.
Bunun fonunda Azərbaycan Prezidenti İlham Əliyevin ŞKTC ilə bağlı son açıqlamaları tarixi əhəmiyyət daşıyır.
Bildirək ki, ikitərəfli münasibətlər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şimali Kipri tanıması ilə yeni mərhələyə qədəm qoyub.
2023-cü ilin oktyabrında Prezident Ersin Tatarın Bakıda dövlət başçılarına məxsus rəsmi protokolla qarşılanması və “Şimali Kipr bayrağı hər zaman Azərbaycanda dalğalanacaq” ifadəsi böyük əks-səda yaratdı.
Azərbaycanın güclü diplomatik xətti və Türk dünyasındakı lider mövqeyi, Şimali Kipr üçün strateji əhəmiyyət daşıyır. İki xalqın ortaq maraq və təhlükələr qarşısında birliyi isə bu əlaqəni müvəqqəti deyil, uzunmüddətli strateji tərəfdaşlığa çevirir.
Xumar Emilqızı
14:01 22.04.2025
Oxunuş sayı: 1111