Kanadalı ekspert Ermənistanın təxribatlarından danışdı: "Növbəti genişmiqyaslı toqquşma..."

"YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayan kanadalı bloger Albert İsakov Azərbaycanla Ermənistan arasında növbəti genişmiqyaslı toqquşmanı istisna edib.
Crossmedia.az xəbər verir ki, o bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada deyib Ermənistanın son vaxtlar təkrarlanan hərbi təxribatları barədə danışarkən deyib.
Ekspert söyləyib ki, insanlar bu mövzu barədə bəzən emosional olurlar: "Amma mən başqa cür düşünürəm. Ermənistanda mitinqlər olur. Həmin mitinqlərə çıxan insanların sayı revanşist qrupun nə qədər olduğunu göstərir. Onlar elə də güclü deyillər. Ona görə ciddi gərginlik olmayacaq. Əlbəttə, bu, mənim fikrimdir".
Ləman Həsənova
12:03 22.04.2025
Oxunuş sayı: 1987