Azərbaycan diplomatları Londonda mərhum pontifikin şərəfinə həsr olunmuş messada iştirak ediblər

Azərbaycanın Britaniyadakı səfirliyinin diplomatları Londonda Vestminister Abbatlığında mərhum Roma Papası Fransiskin şərəfinə həsr olunmuş messada iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Biz Roma Papası Fransiskə hörmət əlaməti olaraq Vestminsterdə keçirilmiş messada iştirak etməkdən şərəf duyuruq”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, pontifik 88 yaşında vəfat edib. 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.
23:40 21.04.2025
Oxunuş sayı: 604