Tarixi məscidlə bağlı 10 quruma müraciət edildi

Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev Əbu Müslüm məscidinin dağılma təhlükəsindən xilası üçün 10 quruma müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu qurumlar Nazirlər Kabineti, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA, AMEA-nın Şərqşünaslıq İnstitutu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Memarlar İttifaqı, Quba Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Qeyd edək ki, Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
22:40 21.04.2025
Oxunuş sayı: 1407