Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff ABŞ – İran danışıqlarının ikinci raundu başa çatdıqdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün Romada İran və ABŞ nümayəndə heyətləri arasında birbaşa olmayan danışıqların ikinci raundu baş tutub. Vasitəçi Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi olub.
23:50 19.04.2025
Oxunuş sayı: 935