Zelenski Putinin Pasxa atəşkəsi təklifini rədd etdi

Ukrayna Prezidenti Volodimir Zelenski və ardınca Xarici İşlər Nazirliyi Rusiyanın Pasxa atəşkəsi təklifinə birbaşa cavab verməkdən yayınıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” məlumatına görə, Ukrayna XİN rəhbəri Andriy Sibiqa bildirib ki, Rusiya mart ayından bəri 30 günlük qeyd-şərtsiz atəşkəs təklifi ilə çıxış edir, lakin bu, hələlik real nəticə doğurmayıb.
“Biz Rusiya qüvvələrinin bütün cəbhəboyu atəşi faktiki dayandırmasını görmək istəyirik,” – deyə Sibiqa qeyd edib.
Zelenskinin isə Putinin Pasxa barışığı təklifini rədd etdiyi bildirilir. Ukrayna tərəfi Moskvanın bu addımını taktiki və siyasi məqsədlərlə əlaqələndirir.
Mədinə Cəlilova
20:50 19.04.2025
Oxunuş sayı: 1145