Tramp: Çinlə danışıqlar yaxşı gedir

ABŞ Prezidenti Donald Tramp, Çinlə yaxşı danışıqlar apardıqlarını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin görüşüb-görüşmədiyinə dair suala cavab verməyib.
O, eyni zamanda Rusiya-Ukrayna müharibəsini bitirmək üçün aparılan diplomatik səylərə toxunaraq bildirib ki, tərəflərdən biri razılaşmanı çətinləşdirsə, bu səylərdən imtina edə bilərlər.
Tramp ötən günlerde olan açıqlamasında ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jerome Powell-ı yenidən tənqid edib və faiz dərəcələrinin aşağı salınmasının vacibliyini vurğulayıb.
Prezident, Ukrayna müharibəsi ilə bağlı ABŞ-nin Dövlət katibi Marco Rubionun mövqeyinə bənzər fikirlər səsləndirib.
Tramp bu məsələ ilə bağlı belə deyib:
“Əgər tərəflərdən biri bu razılaşmanı çox çətinləşdirərsə, sadəcə deyəcəyik ki, axmaqsınız, qorxunc insanlarsınız və bu məsələni keçəcəyik. Amma ümid edirəm ki, buna ehtiyac qalmaz. (Dövlət katibi) Marco Rubio haqlı olaraq deyir ki, nəticəni görməliyik.”
Tramp, Rusiyanın onunla “oynadığını” düşünüb-düşünmədiyinə dair suala isə belə cavab verib:
“Xeyr. Heç kim mənimlə oynamır. Mən kömək etməyə çalışıram. Bu arada, bunun Biden-ın müharibəsi olduğunu bilirsiniz.”
“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyəm”
Digər tərəfdən Tramp, İranla aparılan birbaşa danışıqlar barədə sualı cavablandıraraq deyib: “Mən İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün buradayam.”
İranın inkişafını istədiyini, lakin nüvə silahına sahib ola bilməyəcəyini vurğulayan Tramp bildirib: “İran nüvə silahına sahib ola bilməz; əgər bu baş verərsə, hamınız çox narazı olacaqsınız və həyatınız böyük təhlükə altına düşəcək.”
Fatimə Nəbiyeva
18:20 19.04.2025
Oxunuş sayı: 898