Əməkdar artist Turan Manafzadə Trabzonda konsert verəcək

Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə aprelin 17-də Türkiyənin Trabzon şəhərində konsert verəcək.
Crossmedia.az xəbər verir ki, musiqisevərlərin maraqla gözlədiyi konsert proqramı Qara dəniz Texniki Universiteti nəzdindəki professor Osman Turan adına Mədəniyyət və Konqres Mərkəzində baş tutacaq.
Tədbir Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Şərqi Qara dəniz bölgəsi üzrə nümayəndəliyi tərəfindən təşkil olunan ənənəvi Turizm həftəsi çərçivəsində keçiriləcək. Qara dəniz vilayətlərində təşkil olunan TÜRSAB Turizm həftəsi 15-22 aprel tarixləri arasında davam edir.
12:05 16.04.2025
Oxunuş sayı: 1093