İran generalları ABŞ bazasına hücum təklif edir

İran Silahlı Qüvvələrinin və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri rəhbərliyə ABŞ-nin İrana hücum etməzdən əvvəl Diego-Qarsiya hərbi bazasına qabaqlayıcı zərbə endirməyi tövsiyə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə The Telegraf agentliyi məlumat yayıb.
Belə ki, İranın raketlərinin maksimum uçuş məsafəsi 2000 km, pilotsuz uçuş aparatlarının isə 2500 km olduğu bildirilir.
Diego-Qarsiya adası isə İranın ən cənub şəhərindən təxminən 3700 km uzaqlıqda yerləşir. Bu halda Tehran ya raketlərinin döyüş başlıqlarının yükünü azaltmalı, ya da raketlərin ümumi çəkisini yüngülləşdirməlidir ki, bu da bazadakı möhkəmləndirilmiş obyektlərə zərbə endirmə effektivliyini azalda bilər.
Fatimə Məmmədova
22:43 01.04.2025
Oxunuş sayı: 746