Fransa, Almaniya, ABŞ, Avstraliya və İtaliya Rusiyaya köçən vətəndaş sayına görə irəlidədir

Fransa, Almaniya, ABŞ, Avstraliya və İtaliya, Rusiyaya köçən vətəndaşların sayı ilə lider ölkələrdir. Crossmedia.az bildirir ki,bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü və “Vahid Rusiya” partiyasının nümayəndəsi Mariya Butina bildirib.
“Beş ən populyar köç edilməli ölkə var. Fransa siyahıda birinci yerdədir, Almaniya isə, ikinci sıradadır. Əvvəllər Almaniya birinci yeri tuturdu, lakin son iki aydır Fransa liderlik edir. Onlardan sonra ABŞ, Avstraliya və İtaliya gəlir”,– deyə Butina qeyd edib.
Mariya Butina, təxminən 1,000 nəfərin Rusiyaya gəldiyini vurğulayıb. Böyük şəhər ərazisi köç üçün ən cazibədar yer kimi seçilir. İnsanlar, Rusiya Prezidenti Vladimr Putinin “ənənəvi Rus spiritual və əxlaqi dəyərlərini paylaşan fərdlərə humanitar dəstək göstərilməsi” fərmanına əsasən, sadələşdirilmiş qaydalarla Rusiyaya köçürlər.
Fidan Xəlilova
20:12 01.04.2025
Oxunuş sayı: 828