İran BMT-yə ABŞ-dən şikayət etdi

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktub göndərib.
Crossmedia.az bununla bağlı “Jamaran News”-a istinadən xəbər verir.
İrəvani məktubunda ABŞ prezidenti Donald Trampın martın 30-da NBC News telekanalına müsahibəsində İranı bombalamaqla təhdid etməsinə toxunaraq yazıb:
“Təhlükəsizlik Şurası birmənalı şəkildə ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi pisləməli və ABŞ-ni beynəlxalq hüquq və BMT Nizamnaməsindən irəli gələn hüquqi öhdəliklərinə əməl etməyə çağırmalıdır”
Nuray Mikayıllı
17:31 01.04.2025
Oxunuş sayı: 645