Tramp Fransanı tənqid etdi: Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyuldu

ABŞ prezidenti Donald Tramp Fransanın aparıcı müxalifət namizədi Marin Le Penin prezident seçkilərində iştirakının qadağan edilməsinə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Onun seçkilərdə iştirakına beş il müddətinə qadağa qoyulub, halbuki o, əsas namizəddir. Bu, bizim ölkədə baş verənlərə bənzəyir", – Tramp bildirib.
Qeyd edək ki, Marin Le Pen Fransada müxalifət düşərgəsinin əsas simalarından biri hesab olunur. Onun seçkilərdə iştirakının qadağan edilməsi ölkə daxilində və beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.
Fatimə Məmmədova
15:31 01.04.2025
Oxunuş sayı: 542