KİV: Putin Trampı qəzəbləndirib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə qarşı sərt mövqe nümayiş etdirib və Ukraynada atəşkəs əldə olunmazsa, Rusiyaya yeni maliyyə sanksiyalarının tətbiq ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tramp NBC kanalına verdiyi müsahibədə Putinin Ukrayna dövlət başçısı Volodimir Zelenskinin legitimliyini şübhə altına almasına görə çox qəzəbli olduğunu bildirib. Tramp Putinin sülh razılaşmasını qəbul etməməsi halında Rusiya neftinin satışına qarşı əlavə maliyyə cəzalarının tətbiq olunacağını bəyan edib.
Trampın mövqeyi niyə dəyişdi? Trampın bu açıqlaması onun ikinci prezidentlik dövründə Rusiya ilə sülh danışıqlarına açıq münasibətindən kəskin şəkildə fərqlənir. Prezident seçki kampaniyası zamanı Tramp Ukrayna müharibəsinə tez bir zamanda son qoyacağına söz vermişdi. Bunun üçün ABŞ, Rusiya və Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında bir neçə dəfə görüşlər keçirib.
Xumar Emilqızı
14:38 01.04.2025
Oxunuş sayı: 654