Avropa ABŞ-ın müxtəlifliyi ləğv etməsinə qarşı çıxır

Avropa İttifaqı bərabərlik və ayrı-seçkiliklə mübarizənin əsas dəyərlərindən olduğunu vurğulasa da, Fransa, Belçika və İspaniya ABŞ hökumətinin bu sahədəki təşəbbüsləri aradan qaldırmaq cəhdlərinə qarşı çıxıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamenti fransız şirkətlərindən müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərindən imtina etmələrini istəyib. Fransa Xarici Ticarət naziri Loran Sen-Marten bu tələbləri rədd edərək, ölkəsinin öz qanunlarından güzəştə getməyəcəyini bildirib. O, Fransa rəsmilərinin bu məsələ ilə bağlı ABŞ-dan açıqlama tələb edəcəyini qeyd edib.
Belçika hökuməti də bu tələbləri sərt tənqid edərək, “ayrı-seçkilik etməmək mədəniyyətinin” qorunmasının vacibliyini vurğulayıb. Maliyyə naziri Yan Jambon “Amerikanın bossundan öyrənəcəyimiz heç bir dərs yoxdur” deyə bildirib. İspaniyanın Barselona meri isə şəhər hökumətinin DEI təşəbbüslərini dəstəkləməyə davam edəcəyini açıqlayıb.
Zəhra Ağayeva
12:50 01.04.2025
Oxunuş sayı: 841