NATO Baltik patrul əməliyyatına start verdi

NATO, 2025-ci ilin yanvar ayında Baltik Keşikçi (Baltic Sentry) əməliyyatına başlayıb. Crossmedia.az xəbər verir ki, məqsəd, Baltik dənizində kritik sualtı infrastrukturun Rusiya tərəfindən edilən diversiya fəaliyyətlərindən qorunmasıdır. Bu qərar, Rusiya ilə əlaqəli gəmilərin iştirak etdiyi bir neçə hadisədən sonra verilib.
Əməliyyatda iştirak edən qüvvələr:
- 8 Baltikyanı ölkədən 10-dan çox NATO gəmisi və hərbi birləşmə
- ABŞ, Fransa, Almaniya və Böyük Britaniyadan təyyarələr və pilotsuz uçuş aparatları
- "Dənizdə anormallıqları aşkar etmək üçün istifadə olunan Mainsail" adlı süni intellekt proqramı,
Əsas məqsədlər:
- Rusiyanın “kölgə donanması” tərəfindən mümkün sabotajların qarşısını almaq
- NATO-nun cavab müddətini 17 saatdan 1 saata endirmək
- Davamlı nəzarət və müşahidə yolu ilə təhdidlərin qarşısını almaq
11:41 01.04.2025
Oxunuş sayı: 719