Marin Le Pen siyasətdən getməkdən imtina etdi

Fransanın sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen prezidentliyə namizədliyinin qadağan olunmasından sonra ilk açıqlamasında seçicilərin hüquqlarının tapdandığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paris məhkəməsinin verdiyi qərardan sonra Le Pen belə deyib: “Açıq danışaq: məni seçkidən kənarlaşdırdılar, amma əslində milyonlarla fransızın səsi ləğv edildi".
O, vəsaitlərin mənimsənilməsində təqsirli bilinərək beş il müddətinə seçkilərdə iştirakdan məhrum edilib və bu qərar dərhal qüvvəyə minib.
Fransa televiziyası TF1-ə müsahibəsində Le Pen məhkəmənin hökmünü “siyasi qərar” adlandırıb və hüququn aliliyinin “tamamilə pozulduğunu” vurğulayıb.
“Milyonlarla fransız qəzəblidir. İnsan haqları ölkəsi olan Fransada hakimlər avtoritar rejim qanunlarını tətbiq edirlər”, – Le Pen bildirib və bunu “demokratiyamız üçün faciəvi gün” adlandırıb.
Fatimə Məmmədova
09:59 01.04.2025
Oxunuş sayı: 816