Netanyahu məhkəmə iclasında

İsrail polisi Netanyahunun baş müşaviri Yonatan Uriçi və onun hərbi sözçüsü Eli Feldşteyni həbs edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu hazırda məhkəmə iclasındadır.
Həbs və istintaq İsrail polisinin Lahav 433 milli cinayətkarlıq bölməsi və daxili təhlükəsizlik xidməti olan Şin Bet tərəfindən aparılır.
Bu həbslər “Qatargate” işi çərçivəsində həyata keçirilir. Şin Bet Netanyahuya yaxın bəzi şəxsləri Qətər hökumətinin maraqlarını irəli aparmaq qarşılığında Qətərdən maliyyə vəsaiti almaqda ittiham edir.
İsrail polisi hazırda paytaxtda gücləndirilmiş iş rejiminə keçib. Netanyahuya yaxın daha bir neçə şəxsin həbs olunması gözlənilir.
İsraildə son günlər təhlükəsizlik və siyasi sahələrdə gərginlik yaşanır. Baş nazir Benyamin Netanyahu ölkənin daxili kəşfiyyat xidməti olan Şin Betin rəhbəri Ronen Barı vəzifəsindən azad etmə qərarını açıqlayıb.
Bu qərar 7 oktyabr tarixindəki hücum zamanı Şin Betin fəaliyyətindəki uğursuzluqlara əsaslanır. Netanyahu Ronen Barın “güvənini itirdiyini” və bu səbəbdən vəzifəsindən azad edilməsinin zəruri olduğunu bildirib.
Bu qərar həm hökumət daxilində, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Müxalifət liderləri Netanyahunun bu addımını Baş nazirlik ofisində aparılan korrupsiya araşdırmalarını əngəlləmək məqsədi daşıdığını iddia edirlər.
Bununla yanaşı, Netanyahunun Şin Bet rəhbərini dəyişdirmək cəhdinin “Qatargate” qalmaqalını gizlətmək məqsədi güddüyü vurğulanır.
Son məlumatlara görə, İsraildə Şin Bet məsələsinə görə kəşfiyyat xidməti binası önündə vətəndaşlar toplanmağa başlayıb.
19:35 31.03.2025
Oxunuş sayı: 1244