ABŞ ordusu yeni özüyeriyən minaatan sistemini sınaqdan keçirib

ABŞ ordusu 120 mm-lik özüyeriyən minaatan AMPV MTMS-i əsas atəş dəstəyi vasitəsi kimi müəyyən edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun DOT&E idarəsinin hesabatına görə, AMPV MTMS sisteminin sınaqları 2024-cü ilin əsas nailiyyətlərindən biri olub.
Bu minaatan, qülləsiz M2A2 Bradley bazasında hazırlanmış AMPV zirehli maşını üzərində qurulub və Patria NEMO 120 mm minaatan modulu ilə təchiz edilib.
Xüsusiyyətləri:
- Atəş tempi: dəqiqədə 10 atəş
- MRSI rejimi: eyni hədəfə bir neçə mərmini ardıcıl çatdırmaq imkanı
Qeyd edək ki, AMPV platforması ABŞ ordusunda M113 zirehli transportyorlarını əvəz etməyi hədəfləyir.
O, piyada daşıma, yaralı evakuasiyası, yük daşınması və müxtəlif döyüş modullarının, o cümlədən minaatan və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün nəzərdə tutulub.
15:58 31.03.2025
Oxunuş sayı: 1107