Əhməd əl-Şaara: "Suriya yeni bir tarix yazır"

“Suriya yeni bir tarix yazır. Qarşımızda uzun və çətin bir yol var, lakin biz yenidənqurma üçün lazım olan bütün imkanlara sahibik. Bizdən gözlənilən tək şey işləmək və parçalanmamaqdır.”
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaara deyib.
“İki gün əvvəl, kvota sistemindən imtina edib iştirakçılığı seçən Suriya hökumətini elan etdik. Bu hökumət təcrübəli və bacarıqlı nazirlərdən ibarət olaraq diqqətlə formalaşdırıldı, ölkəni qurmağa sadiq insanlar seçildi. Məqsədimiz dəyişiklik və irəliləyişdir. Bütün dünyaya bir xalq olduğumuzu sübut etməliyik. Ortaq məxrəcə gəlməliyik, çünki heç bir qərar hər kəsi razı sala bilməz. Suriya uzun və çətin bir yolun astanasındadır, lakin biz hər sahədə yenidənqurma potensialına malikik", - Şaara əlavə edib.
14:44 31.03.2025
Oxunuş sayı: 953