Urmu gölünün bərpasına büdcə ayrılıb

İran hökuməti Urmu gölünün bərpası üçün müstəqil büdcə xətti ayırıb.
Crossmedia.az “IRNA”-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani məlumat verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri zamanı gölün bərpası üçün xüsusi maliyyə vəsaiti ayrılması qərara alınıb.
Vali bildirib ki, əvvəlki illərdə Urmu gölünün bərpasına büdcə ayrılmayıb. Lakin bu addım prezidentin sərəncamı ilə təsdiqlənib və vəsait yalnız gölün bərpasına yönəldiləcək.
14:10 31.03.2025
Oxunuş sayı: 978