Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununu KEÇİRDİ

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirib.
Crossmedia.az xəbər verir ki, VII qrupda yer alan İlqar Aslanovun komandası Bosniya və Herseqovina ilə üz-üzə gəlib.
Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan görüş rəqibin 10:2 hesablı qələbəsi ilə nəticələnib.
Bosniya və Herseqovinanın heyətində Bekir Arnaut (3), Ammar Hodziç (2), Oqnyen Markoviç (2), Emir Mustafiç, Kenan Hrştiç və Kenan Azabagiç fərqlənib.
Azərbaycan yığmasının qollarını Ədalət Ələkbərovla Bəyoğlan Əlizadə vurub.
Qeyd edək ki, U-19 növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.
20:57 26.03.2025
Oxunuş sayı: 1195