Rusiyalı jurnalist Ukraynada həlak oldu

Rusiyanın “İzvestiya” nəşrinin jurnalisti Aleksandr Fedorçak Ukraynada həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə nəşrin teleqram kanalında məlumat verilib.
Fedorçakın Xarkov vilayətində fəaliyyət göstəridiyi bildirilir. Son süjetini də Kupyansk istiqamətində hazırlayıb.
Məsələ ilə əlaqədar Ukrayna tərəfi məlumat verməyib.
00:50 25.03.2025
Oxunuş sayı: 1302