İtirdiyi qızıl dişlərini iki il sonra görün harada tapdı
Rusiyanın Başqırdıstan Respublikasında həkimlər uzun müddət bronxunda beş qızıl dişdən ibarət protez daşıyan kişini xilas ediblər.
Crossmedia.az xəbər verir ki, Başqırdıstanın səhiyyə naziri Ayrat Rəhmatullin bu barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, kişi uzun müddət davam edən öskürəkdən əziyyət çəksə də, bunu yaşla və ya soyuqdəymə ilə əlaqələndirərək həkimə müraciət etməyib.
Müayinə zamanı həkimlər əvvəlcə pnevmoniyadan şübhələnsələr də, sonradan xəstənin bronxunda yad cisim aşkar ediblər.
Araşdırma nəticəsində məlum olub ki, kişi yuxuda diş protezini udduğunu düşünüb, lakin hadisəyə əhəmiyyət verməyib. Protez tənəffüs yollarına düşərək sağ bronxda ilişib qalıb.
Həkimlər xüsusi tibbi alətdən istifadə edərək beş qızıl dişli protezi bronxdan çıxarıblar.
Hazırda kişinin həyatı və sağlamlığı üçün təhlükə olmadığı bildirilir.
15:46 21.10.2026
Oxunuş sayı: 75