Kreml Ukraynaya xəbərdarlıq etdi: Vəziyyət daha da pisləşəcək
Ukrayna hakimiyyəti müharibənin sülh yolu ilə həlli üçün zəruri qərarları qəbul etməsə, ölkənin vəziyyəti daha da ağırlaşacaq.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə Kremlin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Peskov bildirib ki, Kiyev sülh razılaşması ilə bağlı qərar verməyi gecikdirdikcə Ukraynanın mövqeyi zəifləyəcək.
“Əgər onlar bunu indi etməsələr, lazımi qərarları qəbul etməsələr, bir müddət sonra vəziyyətləri daha da pis olacaq. Çox şey onların özündən asılıdır”, – deyə Kremlin sözçüsü vurğulayıb.
O, Rusiya Prezidenti Vladimir Putinin münaqişənin sülh yolu ilə nizamlanması imkanlarını nəzərdən keçirməyə hazır olduğunu da qeyd edib.
Xatırladaq ki, oktyabrın 21-də Sankt-Peterburqdakı Konstantinovski sarayında Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar keçirilib.
16:22 21.10.2026
Oxunuş sayı: 47