Azərbaycan və Özbəkistan qızıl hasilatına başlayır
Azərbaycan və Özbəkistanın birgə iştirakı ilə Özbəkistanın Qaşqadərya vilayətində qızıl hasilatı layihəsinə başlanılacaq.
Crossmedia.az xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Layihə Qaşqadərya vilayətinin Kitab rayonunda həyata keçiriləcək. Bu barədə Prezident Şavkat Mirziyoyevin oktyabrın 21-də bölgəyə səfəri zamanı məlumat verilib.
Səfər çərçivəsində ümumi dəyəri 6 milyard dollardan çox olan 161 layihə təqdim edilib. Onlardan 69-u istifadəyə verilib, daha 92 layihənin icrasına başlanılıb.
Özbəkistan Prezidenti bildirib ki, son beş ildə Qaşqadəryanın inkişafına 20 trilyon som vəsait yönəldilib, vilayətə 7 milyard dollar xarici investisiya cəlb olunub.
Bu müddətdə bölgədə adambaşına düşən gəlir üç dəfə artıb.
“2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişaf ili olacaq”, – deyə Şavkat Mirziyoyev vurğulayıb.
16:19 21.10.2026
Oxunuş sayı: 47