HƏMAS üçün ciddi təhlükə

Ərəb mediası, istər HƏMAS-ı dəstəkləsin, istərsə də neytral mövqedə dayansın İsrail Müdafiə Qüvvələrinin sürətli irəliləyişini vəziyyəti dəyişdirən əsas amil kimi qiymətləndirir.
Crossmedia.az xəbər verir ki bu barədə xarici KİV yazıb.
HƏMAS hazırda Qəzzada İsrail Müdafiə Qüvvələrinin irəliləyişinə qarşı ciddi narahatlıq keçirə bilər. Çünki görünən odur ki, təşkilat bu irəliləyişi dayandırmaq üçün əhəmiyyətli addımlar ata bilmir.
Martın 19-da İsrail Müdafiə Qüvvələrinin Qəzzada çoxşaxəli quru əməliyyatına başlayıb. Nəticədə ordunun bir neçə bölməsi Qəzzanın şimal və cənub hissələrinə, eləcə də Qəzza şəhərinin cənubundakı Netzarim dəhlizinə daxil olub.
HƏMAS-ın narahatlığının əlamətləri Qahirənin mümkün razılaşma əldə etmək üçün göstərdiyi səylərdə və ərəb mediasında yayılan xəbərlərdə özünü büruzə verir. Məsələn, Hizbullahı dəstəkləyən Livanın “Al Akhbar” qəzeti İsrailin yeni “sui-qəsd” siyasətindən yazır.
Qeyd edək ki, bu Qəzzada bir neçə HƏMAS siyasi liderinin yüksək səviyyəli hədəfli zərbələrlə məhv edilməsindən sonra baş verir. Bundan əlavə, Şəcaiyə bölgəsində HƏMAS-ın əsas hərbi liderlərindən bir neçəsi zərərsizləşdirilib.
"Al Akhbar" yazır ki, "son iki gün ərzində Qəzza zolağında vəziyyət hava hücumlarından və HƏMAS-a qarşı hərbi təzyiqlərdən tammiqyaslı müharibə fazasına keçib. Bu, hərəkatın bir sıra liderlərini hədəfə alan sui-qəsd kampaniyası ilə müşayiət olunur".
İsrail Müdafiə Qüvvələrinin 36-cı Diviziyanı Qəzza sərhədinə yerləşdirib. Bundan əlavə, “Al Akhbar” yazır ki, İsrail ordusu Qəzza zolağının şimal-qərb sərhədində, Beyt Lahiya şəhəri yaxınlığında, şimal-şərqdə Beyt Hanun şəhəri istiqamətində və Cəbaliyyə düşərgəsinin şərq ərazilərində irəliləyib.
Xumar Emilqızı
23:56 24.03.2025
Oxunuş sayı: 1040