"ABŞ-nin hərbi yardımındakı fasilə Kursk vilayətindəki əməliyyata təsir etməyib" - Zelenski

Ukrayna Prezidenti Volodimr Zelenski ABŞ-nin hərbi yardımının müvəqqəti dayandırılmasının Kursk vilayətindəki əməliyyata təsir etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində deyib.
“Bu məsələlər bir-biri ilə bağlı deyil. Məni düzgün başa düşün – döyüşçülərin mənəvi durumu tərəfdaşların yanında olub-olmamasından asılıdır. Amma hesab etmirəm ki, yardımın dondurulması Kursk əməliyyatına təsir göstərib”, – deyə Zelenski qeyd edib.
Fidan Xəlilova
20:44 24.03.2025
Oxunuş sayı: 1462