Lavrov və Mirzoyan telefon danışığı apardılar

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli regional və qlobal gündəmin aktual məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, söhbət zamanı Moskvanın yüksək qiymətləndirdiyi Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasında əldə olunan irəliləyiş xüsusi qeyd olunub.
Xumar Emilqızı
19:35 24.03.2025
Oxunuş sayı: 1308