Təhsilin İnkişafı Fondu auditor seçib
Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Professional Financial Experts" MMC-dir.
Qalib şirkətə 4 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 5 min manat ödənilib.
14:45 18.03.2025
Oxunuş sayı: 845