Əli Əhmədov: Parlamentlərarası əlaqələr Azərbaycan və Rusiya əməkdaşlığında xüsusi yer tutur

Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri bağlayır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında bildirib.
"Parlamentlərarası əlaqələr iki ölkənin əməkdaşlığında xüsusi yer tutur, bu, əməkdaşlığımızın formalaşmasına töhfə verən mühüm mexanizmdir", - o qeyd edib.
Ə.Əhmədov, həmçinin Azərbaycan və Rusiyada keçirilən seçkilərdə müşahidə missiyalarının mübadilə təcrübəsinin səmərəliliyini də vurğulayıb.
Milli Məclisin birinci vitse-spikeri parlamentlər arasında əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gələcək inkişafına ümid ifadə edib.
15:45 17.03.2025
Oxunuş sayı: 734