Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri martın 17-də yenidən atəşə tutulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlunmat yayıb.
Bildirilib ki, gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
15:10 17.03.2025
Oxunuş sayı: 565