ABŞ Ermənistana hərbi texnika göndərir

ABŞ Ermənistanın hərbi poliqonlarına yüzlərlə texnika və nəqliyyat vasitəsi göndərməyi planlaşdırır.
Crossmedia.az Caliber-ə istinadən xəbər verir ki, daşınma Almaniyadakı Dyulmen bazasından Gürcüstan üzərindən həyata keçiriləcək.ABŞ dövlət satınalmaları portalında yerləşdirilən tender sənədlərinə əsasən, Ermənistana avadanlıqların daşınması 16 iyul – 7 avqust 2025-ci il tarixlərində həyata keçiriləcək, geri qaytarılma prosesi isə 21 avqust – 20 sentyabr tarixlərinə planlaşdırılıb.
Müqaviləyə əsasən, 151 vahid texnika, o cümlədən nəqliyyat vasitələri, generatorlar və xüsusi konteynerlər Ermənistana göndəriləcək. Bundan əlavə, ABŞ ordusu təcili yardım maşınlarının çatdırılmasını və texnikanın Afrika donuz taunu virusundan dezinfeksiyasını da nəzərdə tutur.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, daşınma marşrutu Rusiya, Türkiyə və Azərbaycan üzərindən keçməyəcək, çünki bu ölkələrdən tranzit üçün diplomatik icazələrin alınmasında çətinliklər mövcuddur.
Qeyd edək ki, ABŞ və Ermənistan 2024-cü ildə Eagle Partner 2024 adlı birgə hərbi təlimlər keçirmişdi. Bundan əlavə, hazırda ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərir.
Mədinə Cəlilova
12:54 17.03.2025
Oxunuş sayı: 1891