Paytaxtda yeni park salınacaq

Bakı şəhərində yeni park salınacaq.
Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.
MMC sözügedən işlərin icrasının 198,6 min manata başa gələcəyini proqnozlaşdırıb.
13:05 17.03.2025
Oxunuş sayı: 819