Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

2024-2025-ci tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə dair fevralın 25-dən martın 14-dək 14 min müraciət portala daxil edilib, 10 min şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Crossmedia.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-dən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
15:41 14.03.2025
Oxunuş sayı: 523