Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib

Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Crossmedia.az diplomatik nümayəndəlikdən verilən məlumata istinadən xəbər verir ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.
"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.
10:20 14.03.2025
Oxunuş sayı: 634