Azərbaycanda Bayraktara xüsusi lisenziya verilib

Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.
V. Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı H.Bayraktara təqdim edib.
08:16 14.03.2025
Oxunuş sayı: 781