Şimali Makedoniya Prezidenti: "BMT geridə qalmış dövrün siyasi ambisiyalarına uyğun olaraq yaradılıb"

BMT geridə qalmış dövrün siyasi ambisiyalarına uyğun olaraq yaradılıb.
Crossmedia.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
"Birləşmiş Millətlər Təşkilatının 1945-ci ilin iddialı məqsədlərinə uyğun olaraq 2025-ci ildə yaradılmasını təsəvvür etmək son dərəcə çətindir. Niyə belə? Təşkilat artıq uzun müddətdir geridə qalan bir dövr üçün yaradılıb. O, mürəkkəbliyi az olan tapşırıqları daha proqnozlaşdırıla bilən nəticə ilə yerinə yetirmək üçün nəzərdə tutulub", - Şimali Makedoniya Prezidenti qeyd edib.
S.Davkova vurğulayıb ki, dünyada geniş miqyaslı geosiyasi, iqtisadi və elmi-texniki dəyişikliklər baş verib, lakin BMT-nin strukturu və prosedurları onun təsis edildiyi dövrün səviyyəsində qalıb:
"Zəruri islahatların aparılması üçün bir çox imkanlar əldən buraxılıb. BMT-nin köhnəlmiş çoxtərəfli vasitələri artıq müasir çağırışlara cavab verə bilmir".
Yekun olaraq, Şimali Makedoniya Prezidenti vurğulayıb ki, dünya ictimaiyyəti BMT-yə münasibətdə praqmatizm ilə təşkilatın ideyaları arasında balansı qorumalıdır.
18:50 13.03.2025
Oxunuş sayı: 483