"Yeni dünya nizamının ideyaları Bakıda axtarılır" - ŞƏRH

“Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işinə başlayıb.
Tədbir martın 15-dək keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Forumun əhəmiyyəti barədə Crossmedia.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli xatırladıb ki, Azərbaycanda keçirilən XII Bakı Qlobal Forumu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" mövzusuna həsr olunub: "Əslində bu, yeni dünya nizamının ideyalarının axtarışıdır. Yaxşı ki, bunu Bakıda axtarırlar. Çünki bu axtarış Azərbaycan vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin və qalibiyyətin böyük əhəmiyyəti oldu. Azərbaycan, Qafqazda geostrateji mövqeyini necə dəyişdirdisə, dünyada da indi eyni proses baş verir. Bu gün dünyanın müxtəlif ölkələrindən gələn siyasi şərhçilər, ekspertlər və dövlət xadimləri həmin düşüncə axtarışlarını izah etməyə çalışırlar. Məncə, bu qlobal trendlər dünyada davam edir və onu da Azərbaycan vasitəsilə ifadə edirlər. Məhz bu Bakıda baş tutan görüşdə müzakirə edilən əsas mövzulardandır."
Pərvin Hacıyeva
18:15 13.03.2025
Oxunuş sayı: 411