“Oxbridge Academy”nin şagirdləri BMU-da

“Oxbridge Academy”nin 9-cu sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.
Crossmedia.az BMU-ya istinadən bildirir ki, əvvəlcə şagirdlərə universitetin strukturu, maddi-texniki bazası, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ümumi məlumat verilib.
Sonra məktəblilər Biologiya və Kimya laboratoriyaları ilə yaxından tanış olub, müxtəlif kimyəvi analiz proseslərini izləyiblər.
BMU-nun Texnoparkına da baş çəkən məktəblilər tələbələrin innovativ layihələri ilə tanış olub və bir sıra startapların, xüsusən “Zəngəzur” Pilotsuz Uçuş Aparatının hazırlanması texnologiyası ilə maraqlanıblar.
Şagirdlər BMU ilə tanışlığın onlarda xoş təəssürat yaratdığını bildiriblər.
14:05 11.03.2025
Oxunuş sayı: 1712