Rus ordusu qaz kəməri vasitəsilə Sudcaya sızdı

Rusiya ordusu istifadə olunmayan təbii qaz kəməri - Urenqoy-Pomarı-Ujqorod vasitəsilə birbaşa Kursk vilayətinin Sudca şəhərinə 100 nəfərlik qrup çıxardıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Avropaya gedən həmin kəmər vasitəsilə təbii qazın nəqli Ukrayna Sudcanı tutduqdan sonra dayanmışdı.
Ruslar Avdaevkadan sonra ikinci dəfə boru kəmər vasitəsilə şəhərə sızma əməliyyati həyata keçirir.
Qeyd etmək lazımdır ki, Ukrayna kəməri partlatmağa cəhd etsə belə, Sudcaya gedən bütün yolların Rusların atəş nəzarətinə keçməsinə görə bunu bacara bilməyib. Hazırda rus ordusunun Sudca şəhərinə desant çıxardığı bildirilir.
18:42 08.03.2025
Oxunuş sayı: 4270